• cümə, 19 Aprel, 14:21
  • Baku Bakı 25°C

Nazirlik: Tezliklə Bakıda "DOST" mərkəzinin açılması gözlənilir

10.04.19 11:15 523
Nazirlik: Tezliklə Bakıda "DOST" mərkəzinin açılması gözlənilir
Yaxın zamanda Bakının Yasamal rayonunda "DOST" (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin açılması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu DOST Agentliyinin Təhlil və statistika departamentinin direktor müavini Şahin Zülfüqarov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilən "Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forumdakı çıxışında bildirib.
Zülfüqarovun sözlərinə görə, "DOST" mərkəzlərinin yaradılması Əmək və Sosial Müdafiə Nazirliyinin bütün xidmətlərini bir yerdə toplamaq imkanı yaradacaq: "DOST" mərkəzləri dövlət sosial xidmətlərinin operativ sadələşdirilmiş prosedurlar vasitəsi ilə təqdim olunması üçün yaradılır".
Direktor müavini qeyd edib ki, "DOST" layihəsi ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əmək və əhalinin sosial müdafiəsi sahəsində xidmətlərin operativ təqdim olunmasına yönələn təşəbbüsü ilə həyata keçirilir.
banner

Oxşar Xəbərlər