• şənbə, 20 Aprel, 12:24
  • Baku Bakı 23°C

Təhsil Nazirliyi: Tələbələrin köçürülməsi prosesi davam edir

07.08.17 19:30 2019
Təhsil Nazirliyi: Tələbələrin köçürülməsi prosesi davam edir
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindənköçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşənorta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbuludavam edir.
Təhsil NazirliyindənAPA-ya verilən məlumata görə,iyulun 17-dən başlayan bu proses transfer.edu.az portalı vasitəsilə həyatakeçirilir. Bu günədək 600 nəfər tələbə orta ixtisas, 2200 nəfər isə ali təhsilmüəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib. Tələbələr ölkənin istər dövlət və istərsə də özəl ali təhsil müəssisələrinə köçürüləbilərlər. Həmçinin, tələbələr eyni ixtisas qrupu çərçivəsində də yerdəyişmə edə bilərlər.
Təhsil Nazirliyindən "Təfəkkür” Universitetinin tələbələrinin köçürülməsi ilə bağlıAPA-nın sorğusuna cavab olaraq bildirilib ki, digər ali təhsil müəssisələri kimi, "Təfəkkür”Universitetində təhsil alan tələbələrin də başqa universitetlərə köçürülməsitransfer.edu.az portalı vasitəsi ilə fərdi qaydada həyata keçirilir."Təfəkkür” Universitetinin tələbələri qeydiyyat zamanı yaranan suallarla bağlıTəhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə("Qaynar xətt” xidməti, telefon: 146) müraciət edə bilərlər.Universitetin tələbələrinə ixtisasları, habelə qəbul imtahanlarında topladıqlarıbalları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz köçürülməsi üçünlazımi şərait yaradılıb.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçir.Bunun üçün təhsilalanlartələb olunan məlumatları daxil etməklə, köçürülməmeyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.Təhsil Nazirliyivə Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsindəyaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinəvə şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Qeyd edək ki, transfer.edu.az portalı vasitəsi ilə tələbələrin köçürülməsi prosesiavqustun 15-dək davam edəcək.
banner

Oxşar Xəbərlər