• şənbə, 20 Aprel, 10:26
  • Baku Bakı 14°C

Nazirlik təhsil işçilərinin düşdüyü yol qəzası ilə bağlı açıqlama yayıb

30.05.16 18:51 951
Nazirlik təhsil işçilərinin düşdüyü yol qəzası ilə bağlı açıqlama yayıb
Təhsil NazirliyiXızıda baş verən yol-nəqliyyat qəzası ilə bağlı açıqlama yayıb. Təhsil NazirliyindənAPA-ya verilən xəbərdə bildirilib ki, ötən gün asudə vaxtlarını öz təşəbbüsləri ilə Xızı rayonunda keçirmək məqsədilə bu bölgəyə səfər edən Sumqayıt Dövlət Texniki Kollecinin bir qrup müəllim və texniki heyəti yol-nəqliyyat hadisəsi nəticəsində qəza keçirib. Qəzada Sumqayıt Dövlət Texniki Kollecinin 3 nəfər əməkdaşı ölüb, digərləri isə müxtəlif dərəcədə xəsarət alıb: "Nazirlik bu hadisə nəticəsində ölənlərinailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların isətezliklə sağalmalarını arzu edir".
banner

Oxşar Xəbərlər