• cümə axşamı, 25 aprel, 03:59
  • Baku Bakı 19°C

Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib

30.03.17 14:10 806
Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib
Martın 31-dəBakı və Abşeron yarımadasında buludluhavaşəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, lakingecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərbküləyi əsəcək.
Havanın temperaturunun gecə 4-7° isti, gündüz 8-13° isti,Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edilib.Martın 31-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Tibbi-meteoroloji xəbərdarlıa gəlincə, martın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsifonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq vədağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, doludüşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturunungecə 2-7° isti, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağıgözlənilir.
banner

Oxşar Xəbərlər