• cümə axşamı, 28 mart, 12:40
  • Baku Bakı 16°C

Nazirlik: Soyuq havalarda kimsəsiz şəxslərin hospitalizasiyası üçün 5 xəstəxanada yer ayrılıb

01.02.17 16:10 788
Nazirlik: Soyuq havalarda kimsəsiz şəxslərin hospitalizasiyası üçün 5 xəstəxanada yer ayrılıb
Azərbaycanda kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə səhiyyə naziri tərəfindən müvafiq göstəriş verilib. Səhiyyə NazirliyindənAPA-ya verilən xəbərə görə, bu günlərdə havaların xüsusilə soyuq keçməsi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən tibbi müəssisələrə bu sahədə gündəlik olaraq görülən işin daha da gücləndirilməsi göstərişi verilib: "Soyuqhavaşəraiti davam etdikcə kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar".
Qeyd olunub ki, keçən il ahıl və kimsəsiz şəxslərin hospitalizasiya işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq qərarlar qəbul edilib. Hazırda, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən klinik xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.
Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər xəstəxanalarından birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir. Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.
banner

Oxşar Xəbərlər