• cümə, 29 Mart, 01:14
  • Baku Bakı 7°C

Nazirlik rəsmisi: 2022-ci ildə pambıq istehsalı 500 min tona çatdırılacaq

06.07.18 16:37 859
Nazirlik rəsmisi: 2022-ci ildə pambıq istehsalı 500 min tona çatdırılacaq
Goranboyda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "Pambığın intensiv texnologiya əsasında becərilməsi” mövzusunda müşavirə keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon rəhbərliyinin, pambıqçılıqla məşğul olan fermerlərin, mütəxəssislərin iştirakı təşkil olunan müşavirədə əsas diqqət Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il martın 26-da Bərdədə keçirilən "Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələlərinə yönəldilib.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov müşavirədə "Azərbaycanda pambıqçılığın inkişafı-hədəflər və perspektivlər” mövzusunda çıxış edərək Nazirlik tərəfindən bu sahədə görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, professor İbrahim Cəfərov isə çıxışında ölkədə aqrar sahədə mütəxəssis hazırlığından danışıb. O, qeyd edib ki, ölkədə yeganə aqrar təhsil ocağı olan ADAU-da yüksək səviyyəli kadr hazırlamaq üçün yüksək səviyyəli maddi texniki baza mövcuddur. MüşavirədəKənd Təsərrüfatı NazirliyiAparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov çıxış edərək pambıq əkini zamanı fermerlərin toxum seçiminə diqqət etməyi, əkin zamanı növbəlik prinsipinə əməl olunmasının vacib olduğunu bildirib.

"Dövlət proqramı qəbul olunub. Bu proqramda hədəf pambıq istehsalını 2022-ci ildə 500 min tona çatdırmaq nəzərdə tutulub. İstehsalla bərabər emal müəssisələrinin genişləndirilməsi və yenisinin yaradılması da nəzərdə tutulur. Bu istiqamətdə işlər davam etdirilir. Ucar rayonunda illik istehsal gücü 40 min ton olan yeni pambıq zavodu tikilir. Eyni zamanda çiyiddən yağ emal edən zavod və lifsiz pambıq toxumu hazırlayan zavodda tikilir,” – deyə İ. Cümşüdov qeyd edib.

Sonda pambıq tarlasında mütəxəssislər tərəfindən kultivasiya, zərərvericilərlə mübarizə və digər becərmə işlərinin səmərəli təşkilinə dair lazımi tövsiyələr verilib.
banner

Oxşar Xəbərlər