• cümə, 19 Aprel, 22:36
  • Baku Bakı 24°C

Nazirlik: Rəqəmsal yayım dekoderlərini "Azərpoçt"dan əldə etmək olar

25.10.16 17:41 2007
Nazirlik: Rəqəmsal yayım dekoderlərini "Azərpoçt"dan əldə etmək olar
"Rəqəmsal yayım zamanı istifadə olunacaq dekoderləri vətəndaşlar "Azərpoçt" MMC-dən əldə etmək mümkündür". Bu barədə "APA-Economics"ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

"Noyabr ayının 1-dən rəqəmsal yayıma keçidlə bağlı əhalini daha çox düşündürən məsələ məhz dekoderlərin əldə olunmasıdır. Əhali rəqəmsal yayım zamanı istifadə olunacaq dekoderləri "Azərpoçt" MMC-nin Bakıda fəaliyyət göstərən filiallarından əldə edə bilərlər", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.
banner

Oxşar Xəbərlər