• çərşənbə axşamı, 19 mart, 10:50
  • Baku Bakı 8°C

Nazirlik pambıq tarlasında zəhərlənmə ilə bağlı iclas keçirdi

21.06.18 09:40 676
Nazirlik pambıq tarlasında zəhərlənmə ilə bağlı iclas keçirdi
Kənd Təsərrüfatı Nazirliyində İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı iclas keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimovun da iştirak etdiyi iclasda bölgələrin kənd təsərrüfatı idarəsinin rəhbərlərinə tapşırıqlar verilib.
Qurumdan bildirilib ki, pambıq sahələrində təhlükəsizlik tədbirləri gücləndirilməli, yerlərdə sahibkarlarla görüşlər keçirilməlidir: "Yerlərə tapşırıqlar verildi ki, marifləndirmə tədbirləri gücləndirilsin. Əvvəllər də bu cür marifləndirmə işləri aparılmışdı, mütəmadi məlumatlar verilmişdi, təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı təlimatlar təqdim olunmuşdu. Amma indi kənd təsərrüfatı idarələrinin cəlb olunması ilə daha gücləndirilmiş tədbirlər həyata keçirilməsi barədə tapşırıqlar verildi. Kənd təsərrüfatı idarələrinin rəisləri fermer və sahibkarlarla görüşlər keçirməli, onları bu barədə marifləndirməlidirlər".
Nazirlikdən bildiriblər ki, hazırda İmişli, Tərtər və Saatlı rayonlarındakı pambıq tarlalarında baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır: "Hadisə ilə bağlı araşdırmalar aparılır, hər 3 hadisə barədə prokurorluqda cinayət işi başlanıb".
Xatırladaq ki, iyunun 19-da İmişli rayonunda pambıq sahəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Nəticədə 141 nəfər xəstəxanaya müraciət edib. Hazırda 12 nəfərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Tərtər və Saatlı rayonlarında da anoloji hadisələr baş vermişdi.
banner

Oxşar Xəbərlər