• cümə, 26 Aprel, 11:42
  • Baku Bakı 12°C

Nazirlik: Məktəblərə istiliyin daha tez verilməsi üçün müraciət etmişik

28.10.16 16:30 1014
Nazirlik: Məktəblərə istiliyin daha tez verilməsi üçün müraciət etmişik
"Maye yanacaqla qızdırılan məktəblərə yanacaqların verilməsi prosesi bir müddətdir, başlayıb”.

Təhsil Nazirliyinin mətbuat xidmətindənAPA-nın sorğusuna cavab olaraq, bildirilib ki, fərdi qazanxanası olan məktəblər isə istiliklə təmin olunub. Məlumatda qeyd olunub ki, qeyri-sabithavaşəraiti ilə əlaqədar, məktəblərə istiliyin tez verilməsi ilə bağlı müvafiq dövlət qurumuna müraciət edilib.

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq ƏliyevAPA-ya bildirib ki, havaların kəskin soyuması ilə əlaqədar sosial obyektlərə, o cümlədən orta ümumtəhsil məktəblərinə istiliyin verilməsi nəzərdə tutulmuş vaxtdan, yəni noyabr ayının 15-dən daha tez baş tuta bilər. Bunun üçün həmin tədris müəssisələrindən müraciət daxil olmalıdır.
banner

Oxşar Xəbərlər