• çərşənbə axşamı, 23 aprel, 23:25
  • Baku Bakı 20°C

Nazirlik: Ölkədə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı məsələlər var

18.10.17 13:00 2013
Nazirlik: Ölkədə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı məsələlər var
Azərbaycanda həyata keçirilmiş tədbirlər nəticəsindəana və körpə ölümü göstəriciləri azalıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindənAPA-ya bildirilib ki, bununla belə, ölkədə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı məsələlər mövcuddur. Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı "Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmrinin icrası ilə əlaqədar Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya və anesteziologiya-reanimatalogiya kafedralarının əməkdaşları regionlara bir neçə dəfə ezam olunub, yerli mütəxəssislərə müvafiq kömək göstəriblər.
Bunlarla yanaşı, institutda müvafiq kurslar keçirilir. Oktyabrın 16-da institutda mamalıq-ginekologiya və sosial gigiyena və səhiyyənin təşkili kafedraları birgə olaraq "Qadın məsləhətxanalarında mama-ginekologiya yardımının təşkili” mövzusunda kurs başlayıb. Kursda respublikanın müxtəlif bölgələrindən 20 nəfər baş həkim, şöbə müdiri, həkim mama-ginekoloq iştirak edir. Kursun müddəti 3 həftədir və sonda müdavimlər imtahan verərək qanunvericiliyə uyğun sertifikat alacaqlar.
banner

Oxşar Xəbərlər