• çərşənbə, 24 Aprel, 05:01
  • Baku Bakı 14°C

Nazirlik jurnalistləri mükafatlandırıb

12.05.14 13:48 1199
Nazirlik jurnalistləri mükafatlandırıb
Bakı Biznes Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Sonra öz işinə başlayan tədbiri giriş sözü ilə açan iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov müasir Azərbaycanın banisi Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, tarixin sınağından böyük uğurla çıxmış Heydər Əliyev strategiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin gələcək sosial-iqtisadi inkişafına ən möhkəm zəmanətdir.
Nazirliyin əməkdaşı Fəridə Əhmədova çıxışında Heydər Əliyevin quruculuq missiyası barədə danışıb, ulu öndərin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində qazanılmış nailiyyətlərin sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd edib.
Tədbirdə İSN-in Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qəbul olunmuş gənc əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.
Sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov və digərləri ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.
Tədbir çərçivəsində həmçinin, ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı İSN-in AMŞ ilə birlikdə “Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır” mövzusunda jurnalistlər arasında keçirdiyi yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. İSN-in aidiyyəti qurumlarının, AMŞ-in əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qeyd edilib ki, “Azərlotereya” ASC-nin dəstəyi ilə təşkil olunmuş müsabiqəyə ümumilikdə müxtəlif qəzet, sayt və agentliklərdə yerləşdirilmiş 37 məqalə və 3 televiziya süjeti təqdim olunub. Müsabiqəyə təqdim edilmiş məqalə və süjetlər İSN-də yaradılmış və AMŞ-in də təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.
Tədbirdə qaliblər elan olunub, onlara diplom və hədiyyələr təqdim edilib. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları mükafatlandırılıb. Qaliblər arasında “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov da olub.
Alpər İSMAYIL
banner

Oxşar Xəbərlər