• şənbə, 20 Aprel, 08:57
  • Baku Bakı 14°C

Nazirlik: İsmayıllıda kütləvi müşahidə olunan həşərat təhlükəli deyil

06.10.16 13:09 918
Nazirlik: İsmayıllıda kütləvi müşahidə olunan həşərat təhlükəli deyil
Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Fitosanitar Nəzarəti Xidməti İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində kütləvi müşahidə olunan həşəratlarla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, həşəratlar əhali və kənd təsərrüfatı üçün təhlükəli deyil: "Karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell) böcək növünə kölgəli və nəmli yerlərdə - otluq və kolluqlarda, daşların altında, qopmuş qabıq və mamır üzərində rast gəlinir. Əsasən alatoran vaxtlarında aktivlikləri yüksək olur, termal su sahələri ətrafında daha sıx toplanırlar. Təbiətdə həşəratlar arasında az rast gəlinən qışı aktiv keçirmək qabiliyyətinə malikdirlər. Torpaq üzərində bitki qalıqlarının çürüntüləri altındakı kiçik həşəratlarla qidalanan bu böcəklər kənd təsərrüfatı bitkilərinin zərərvericiləri deyil və insan sağlamlığı üçün heç bir təhlükə daşımırlar. Hazırda Lahıcda müşahidə olunan kütləvi çoxalmalarının səbəbini müəyyənləşdirmək üçün bu bölgədə ətraflı araşdırma aparılır”.
banner

Oxşar Xəbərlər