• şənbə, 20 Aprel, 02:16
  • Baku Bakı 15°C

Nazirlik: İaşə obyektlərində çalışanlar sadələşdirilmiş vergi ödəməlidir

12.02.19 13:45 565
Nazirlik: İaşə obyektlərində çalışanlar sadələşdirilmiş vergi ödəməlidir
Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu il yanvarın 1-dən ictimai iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) aylıq 10 manat, Bakı üçün isə iki əmsalı tətbiq edilməklə 20 manat sadələşdirilmiş vergi ödəməli və verginin ödənilməsi barədə qəbz almaqla öz vergi öhdəliklərini yerinə yetirməlidirlər.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindənAZƏRTAC-a bildirilib ki, bu zaman ofisiantla obyekti işlədən vergiödəyicisi arasında əmək müqaviləsinin bağlanmasına zərurət yaranmır. Eyni vergiödəyicisi "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.
Ödəniş sənədində vergiödəyicisinin VÖEN-i göstərilməlidir. Vergiödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada "Sabit verginin ödənilməsi haqqında qəbz” verilir.
banner

Oxşar Xəbərlər