• çərşənbə axşamı, 19 mart, 12:58
  • Baku Bakı 8°C

Nazirlik faktiki hava şəraitini açıqladı

18.01.19 12:37 421
Nazirlik faktiki hava şəraitini açıqladı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazində müşahidə olunmuş faktiki hava ilə bağlı məlumatı açıqlayıb.
Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış yağıb, bəzi yerlərdə sulu qar və qara keçib, bəzi şərq rayonlarında intensiv olub. Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyi şiddətlənib.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 1-26, Mərkəzi-Aran rayonlarında 5-18, Bakıda və Abşeron yarımadasında 2-9, Böyük Qafqazda 2-15, Qazax-Gəncə zonasında 0-8, Kiçik Qafqazda 1-4, Naxçıvan MR-da 2-5 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Ağdərədə 40, Kişçay, Qırızda 15, Altıağacda 11, Kirən, Xınalıqda 10, Qaxmuğal, Şahdağda 7, Xaltan, Sarıbaşda 6, Şahbuz, Qusarda 5, Yardımlıda 4, Quba, Mərəzədə 2, İsmayıllı, Daşkəsəndə 1 sm olub.
banner

Oxşar Xəbərlər