• cümə, 29 Mart, 01:28
  • Baku Bakı 7°C

Nazirlik: Diaqnostik qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər ixtisar ediləcək

26.05.17 13:15 1065
Nazirlik: Diaqnostik qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər ixtisar ediləcək
İndiyədək keçirilən diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyi qaçılmazdır.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, indiyədək 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov isə deyib ki, bəzi müəllimlərin peşəkarlığını onları təlimə cəlb etməklə yüksəltmək mümkün deyil:"Ona görə də biz belə müəllimlərin işləməsini məqsədəuyğun saymırıq. Artıq həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi barədə müvafiq qurumlara tapşırıqlar verilib. Təbii ki, heç kim istəməz ki, uşağına belə müəllim dərs keçsin".
E.Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmələrdə zəif nəticə göstərən və ixtisar ediləcək müəllimlərin sayı kifayət qədərdir: "Ola bilər ki, belə müəllimlər özləri də ərizə yazaraq işdən çıxsınlar. Artıq işdən çıxmaq üçün müraciətlərin edilməsi halları var".
banner

Oxşar Xəbərlər