• cümə axşamı, 28 mart, 13:46
  • Baku Bakı 16°C

Nazirlik: Brakonyerlər barəsində cinayət işi qaldırılması üçün bütün addımlar atılacaq

18.04.20 11:23 958
Nazirlik: Brakonyerlər barəsində cinayət işi qaldırılması üçün bütün addımlar atılacaq
Şahdağ Milli Parkının əməkdaşları tərəfindən milli parkın Oğuz bölməsinin ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.
APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, araşdırma zamanı ov edənlərin Oğuz rayon sakinləri Dilqəm Səfərov, Novruz Vəliyev və Bəbirxan Şahmuradov olduğu müəyyən edilib. Onlardan ov tüfəngi və ovlanmış Dağıstan turu götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 3000 manat məbləğində cərimə olunub.
H.Əlizadə qeyd edib ki, dünyanın bir çox ölkələrində sayı azalmaqda olan Dağıstan turu yalnız Cənubi Qafqazda və Qafqazın bir neçə dağlıq ərazisində qalıb.
"Bu növün ən çox sayı isə Azərbaycandadır. Bunun da səbəbi dövlətin apardığı mühafizə tədbirlərinin nəticəsidir. Amma Dağıstan turunun qadağan olunan vaxtda kortəbii şəkildə ovlanması sayının azalmasına və gələcəkdə kökünün kəsilməsinə səbəb ola bilər.Biz Nazirlik olaraq bu faktı qeyri-insani hərəkət kimi qiymətləndiririk.
Hansısa bir məbləğdə cərimə etməklə yəqin ki, iş bitməyəcək, öz tərəfimizdən bütün qanuni və inzibati tədbirləri tətbiq edəcəyik ki, heyvanların balalama dövründə onlara güllə atan insafsızlar çox ciddi cəzalansınlar. Bütün addımlar atılacaq ki, brakonyerlər barəsində cinayət işi qaldırılsın və ən əsası da odur ki, cəmiyyət belələrini qınaq hədəfi kimi biabır etsin. Qohumu, qonşusu, kəndlisi balalama vaxtında məsum heyvana güllə atdığına görə onları aşağılasın, biabır etsin ki, digərləri bu yoldan çəkinsin. Ova hələ iki aydan sonra icazə veriləcək. Çünki hazırda heyvanların balalama dövrüdür”.
H.Əlizadə onu da qeyd edib ki, qanunsuz ov edən şəxslər eyni zamanda koronavirusla bağlı tətbiq edilən karantin qaydalarını da pozublar: "Karantin qaydalarını pozduqları üçün həmin şəxslərin cərimələnməsi üçün polis orqanlarına müraciət edəcəyik. Eyni zamanda həmin adamların qeydiyyatını da aparacağıq ki, gələcəkdə qanunsuz ov faktı baş verdikdə biz ilk növbədə həmin şəxsləri yoxlayaq”.
banner

Oxşar Xəbərlər