AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazirlik Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsinin səbəbini açıqlayıb

Nazirlik Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsinin səbəbini açıqlayıb

Cəmiyyət
08 Mart 2021, 14:15 518
Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov açıqlama verib.
APA bildirir ki, Rafiq Həsənov Badamdar sürüşmə sahəsinə baxış keçirildiyini bildirib: "Əraziyə baxış zamanı məlum olub ki, 28 yanvarda baş verən sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillər, əsasən də son zamanlar atmosfer yağıntıların nəticəsində  yerinin dəyişməsi qeydə alınıb. Əslində qruntun yer dəyişməsi ümumilikdə sürüşmə prosesini aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə dayanıqlılığı pozulmuş süxur kütləsinin yer dəyişməsi kimi qiymətləndirilir”.