• çərşənbə axşamı, 23 aprel, 10:13
  • Baku Bakı 20°C

Nazirlik: Avtomobillərin nömrəsini açan 31 müfəttiş işdən azad edilib

21.11.14 15:15 1065
Nazirlik: Avtomobillərin nömrəsini açan 31 müfəttiş işdən azad edilib
“Nəqliyyat vasitəsindən hər hansı nömrə nişanını açmaq qadağandır. Bununla bağlı nəqliyyat nazirinin müvafiq sərəncamı var. Bu hərəkəti edən istənilən nəqliyyat müfəttişi birmənalı şəkildə işdən azad edilir”.
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov müsahibəsində deyib.
Ə. Cəfərovun sözlərinə görə, bəzi nəqliyyat müfəttişləri bəzən işdən azad olunduqdan sonra sürücülərin etibarından sui-istifadə edərək, onlardan pul tələb edirlər: “Hətta Dövlət Avtomobil Nəqliyyat İdarəsinin hazırda işləyən əməkdaşlarını bu işə cəlb edirlər. Bununla əlaqədar olaraq 2013-cü ildə 31 nəfər işdən azad edilib, 9 nəfər isə korrupsiya meylliyi ilə əlaqədar olaraq Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilib və barələrində tədbir görülüb”.
Ə. Cəfərov məsələ ilə bağlı taksi sürücülərinə müraciət edərək bildirib ki, qurumun hər hansı müfəttişi onlardan pul tələb etdikdə onlar birbaşa Nəqliyyat Nazirliyinin “Qaynar xətti”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Daxili İşlər Nazirliyinə də müraciət etsinlər.
“Hazırda qurum tərəfindən profilaktiki tədbirlərin aparılması ilə əlaqədar olaraq 10-15 nəfər müfəttişdən ibarət tədqiqat işlər aparılır”, - deyə o qeyd edib.
banner

Oxşar Xəbərlər