AZE | RUS | ENG |

Nazirlik Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün pulsuz təlimlər təşkil edir

Nazirlik Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün pulsuz təlimlər təşkil edir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı, "Mars Academy”, AREA-Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və "Engineering for Kids” şirkətinin tərəfdaşlığı ilə 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə şəhid hərbçilərin övladları üçün tədbir keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərin övladlarına robotiks master-klası təşkil olunub. Eyni zamanda, onlar dron uçuşlarında iştirak edərək əyləncəli zaman keçiriblər.
Onların inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil edilib. Uşaqlara robotların işləmə mexanizmləri və dron texnologiyaları, onların yığılması, test edilməsi əyani şəkildə izah edilib.
Tədbirdə bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Robopark” layihəsi çərçivəsində robototexnika dərnəyi fəaliyyət göstərir. Bu dərnəklərdə yay ərzində robototexnika kursları və dron uçuşları təlimləri keçirilir. Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları öz seçimləri əsasında istədikləri təlimdə iştirak edə bilərlər.
Qeyd edək ki, sözügedən təlimlər aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün ödənişsiz olacaq.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006