• şənbə, 27 Aprel, 02:27
  • Baku Bakı 14°C

Nazirlik: Ali məktəblərin müəssisələrlə əlaqəsi sistemli qurulmalıdır

16.12.17 14:45 2719
Nazirlik: Ali məktəblərin müəssisələrlə əlaqəsi sistemli qurulmalıdır
"Ali məktəblərin müəssisələrlə əlaqəsinin qurulması il ərzində bir-iki dəfə olmalı deyil, bu iş sistemli şəkildə qurulmalıdır”

APA-nın məlumatına görə, bunuTəhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən III Məzun-Karyera Sərgisinin açılışında deyib.

Sülhəddin Gözəlov əlavə edib ki, müəssisələr kadr hazırlığında ali təhsil müəssisələri ilə məsuliyyəti bölüşməlidirlər:

"Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi üzrə 2015-ci ildə təsdiqlənmiş Fəaliyyət Planında ali təhsil təhsil müəssisələrinin inkişafı məhz təhsil, elm və innovasiyanın birgə tətbiqi ilə olmalıdır. Bu da ali təhsil müəssisələri üçün bəzi tələbələri ortaya qoyur. Ali təhsil müəssisələrinin əmək bazarındakı mövqeyini möhkəmləndirmək, öz əmək qabiliyyətini gücləndirmək üçün əsas şərtlərdən biri ali təhsil müəssisələri ilə iş dünyasının - istehsalat müəssisələrinin əlaqələrini gücləndirməkdir. İstehsalat sahəsi ali təhsil müəssisəsinə, yaxud ali təhsil təhsil müəssisəsi iş dünyasına yaxınlaşmalıdır. Bütün bu yaxınlıq ölkədə kadr hazırlığında məsuliyyətin bölüşməsi deməkdir. Yəni ali təhsil müəssisəsi məsuliyyəti yalnız özü üzərinə götürərək kadr hazırlamamlıdır. Onun hazırladığı kadrlar müəssisə üçündür. Ona görə də ölkəmizdəki müəssisələr, xüsusilə aparıcı müəssisələr həmin ali təhsil müəssisəsi ilə kadr hazırlığında məsuliyyəti bölüşməlidirlər”.
banner

Oxşar Xəbərlər