• cümə axşamı, 18 aprel, 23:54
  • Baku Bakı 21°C

Nazirlik 60 milyon manat yardım ayırdı

24.07.13 17:24 1360
Nazirlik 60 milyon manat yardım ayırdı
Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İsmət Abbasov deyib ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, 2013-cü ildə də kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə yardımın verilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb.
Komissiya 60 rayon (şəhər) komissiyası üzrə 393 min 663 istehsalçıya 1 milyon 435 min 117,67 ha əkin sahəsinə görə 57 milyon 404 min 706,8 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.
Komissiyanın qərarı ilə 9862 nəfər istehsalçıya 54234,78 hektara görə 50 faiz güzəştlə satılmış 10378993 ton mineral gübrə üçün 2 milyon 619 min manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.
banner

Oxşar Xəbərlər