AZE | RUS | ENG |

Nazirlik: 1380 qutu yararsız dərman preparatı müsadirə edilib

Nazirlik: 1380 qutu yararsız dərman preparatı müsadirə edilib
Bu il Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı yararlılıq haqqında analiz protokolu olmayan 1380 qutu dərman preparatı müsadirə edilib.

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya açıqlamasında deyib ki, müsadirə edilən dərmanlardan 903 qutusu dövlət qeydiyyatından keçməyən və içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarıdır. Bu dərman preparatları həmçinin ümumiyyətlə dövlət qeydiyyatına alınmayıb və Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə gətirilib: “Ola bilsin ki, onların tərkibi keyfiyyətlidir. Amma qanunvericiliyə görə, ölkəyə idxal olunan dərman vasitələri dövlət qeydiyyatına alınmalıdır”.

P. Əzizbəyov qeyd edib ki, ölkədə saxta dərmanlara qarşı Milli Təhlükəsizliyi Nazirliyi və Səhiyyə Nazirliyi birgə mübarizə aparır. Onun sözlərinə görə, bu ilin əvvəlində ölkənin bir neçə regionunda bununla bağlı reyd keçirilib və saxta dərmanlar aşkarlanaraq götürülüb: “Bu barədə ictimaiyyətə də ətraflı məlumat verilib. Hazırda saxta dərman vasitələrinin hazırlanmasında və satışının təşkilində şübhəli bilinən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə kimi saxta dərmanların aşkarlanması halı olmayıb”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda qeydiyyatda olan dərmanların sayı 4534 ədəddir. Onların təxminən 1 faizinin yerli istehsal olduğunu deyən P. Əzizbəyovun sözlərinə görə, ölkə dərmanlar sahəsində idxaldan asılı ölkədir: “Dərmanların cəmi 1%-i yerli istehsaldır. Qalanları da digər ölkələrdən idxal olunur. İdxal olunan dərman preparatlarının 55%-dən çoxu Avropa ölkələrdən gətirilir”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219