• cümə, 29 Mart, 13:33
  • Baku Bakı 14°C

Nazirlər Parisdə görüşəcəklər

21.01.14 14:24 1340
Nazirlər Parisdə görüşəcəklər
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşün yanvarın 24-də Parisdə keçiriləcək. Bu barədə APA-ya diplomatik mənbələrdən məlum olub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün yanvarın 23-də Fransaya gedəcək. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərini iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, nazirlərin növbəti görüşü barədə razılıq həmsədrlərin ötən ilin dekabrında bölgəyə səfəri zamanı əldə olunub. Həmsədrlər bu ilin ilk yarısında prezidentlərin növbəti görüşünü təşkil etmək istədiklərini də açıqlayıblar.
banner

Oxşar Xəbərlər