• cümə axşamı, 18 aprel, 07:20
  • Baku Bakı 12°C

Nazirlər Kabinetinin səlahiyyəti azaldılıb

06.04.18 11:20 711
Nazirlər Kabinetinin səlahiyyəti azaldılıb
Nazirlər Kabineti"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edib.
APA-nın məlumatına görə, Qaydaya əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləğiNazirlər Kabinetitərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilərdi.
Dəyişikliyə əsasən, artıq bu haldaNazirlər KabinetiAzərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bu addımı ata bilər.
Mövcud Qaydaya görə,Nazirlər Kabinetiilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdi. Dəyişikliklə bu sahədə dəNazirlər Kabinetinin səlahiyyəti ləğv olunub. Başqa sözlə, artıqNazirlər Kabinetideyil, Azərbaycan prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.
Qeyd edək ki,Nazirlər Kabineti"Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib.
banner

Oxşar Xəbərlər