• çərşənbə axşamı, 23 aprel, 13:51
  • Baku Bakı 24°C

Nazirlər Kabinetinin işçilərinə yeni evlər tikilir

29.10.13 09:18 1399
Nazirlər Kabinetinin işçilərinə yeni evlər tikilir
Musabəyov dairəsi (Zərgərlik Zavodu yaxınılığında) adlanan ərazidə başlanan tikinti işləri 1 hektar sahəni əhatə edir. Burada üç yaşayış binasının inşası aparılır. Bu barədə «APA-Economics»ə tikinti işlərini aparan «Avesta» Konserninin prezidenti İbrahim Nehrəmli məlumat verib.
Onun sözlərinə görə, yaşayış binaları 20 mərtəbəli olacaq və ümumilikdə burada 360 mənzilin olması nəzərdə tutulub.
«Bu binalarda mənzillərin 1-4 otaqlı olması nəzərdə tutulub. Mənzillərin sahəsi 70-200 kv. metr olması planlaşdırılır. Həmçinin, yaşayış binalarının həyətində avtomobillər üçün dayanacaq da tikiləcək. Tikinti işlərini gələn ilin sonuna kimi yekunlaşdırmağı planlaşdırırıq», - deyə İ.Nehrəmli qeyd edib.
banner

Oxşar Xəbərlər