Nazirlər Kabinetinin iki şöbə müdiri işdən azad edilib

Nazirlər Kabinetinin iki şöbə müdiri işdən azad edilib

Cəmiyyət
24 Oktyabr 2019, 14:52 174
Nazirlər Kabinetinin iki şöbə müdiri işdən azad edilib.
Bu barədə Trend Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.
Məlumata görə, Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov və Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev tutduğu vəzifədən azad ediliblər.
Hələlik onların yerinə heç bir təyinat olmayıb.
Qeyd edək ki, Nazirlər Kabinetində Aparat rəhbəri, Baş Nazirin köməkçisi, hüquq, humanitar və sosial məsələlər, kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbələrinin müdiri, işlər müdiri vəzifələri vakant olaraq qalır.