• cümə axşamı, 28 mart, 20:38
  • Baku Bakı 13°C

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə dair müşavirə keçirilib

23.08.17 18:13 1073
Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə dair müşavirə keçirilib
Avqustun 23-də Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib.

APA-nın Azərtac-a istinadən verdiyi xəbərə görə, müşavirədə baş nazirin müaviniƏli Əhmədov, Səhiyyə Nazirliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Əli Əhmədovbildirib ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da sahibsiz heyvanlar problemi mövcuddur. Əhalinin sağlamlığının qorunması, virus daşıyıcısı olan sahibsiz heyvanların təcrid edilməsi üçün müvafiq qurumlar tərəfindən ciddi addımların atılmalı olduğunu vurğulayanƏli Əhmədovdeyib ki, bu məsələnin həllində aparıcı ölkələrin təcrübəsindən də yararlanmaq lazımdır: "Azərbaycan ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılmalı, onlar peyvənd olunmalı, yayıla biləcək xəstəliklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir”.

Müşavirədə problemin köklü həlli üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasının, bu məsələyə mətbuatın da geniş cəlb olunmasının vacibliyi vurğulanaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Bu yaxınlarda Sumqayıt şəhərində sahibsiz itin dişləməsi nəticəsində azyaşlının ölməsinə toxunan baş nazirin müavini bildirdi ki, bu məsələ ciddi araşdırılmalıdır.

Sonda məsələnin ciddiliyi nəzərə alınaraq onun nəzarətə götürülüb həll olunması üçün təkliflər paketinin hazırlanması, profilaktik tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
banner

Oxşar Xəbərlər