• cümə axşamı, 25 aprel, 01:30
  • Baku Bakı 19°C

Nazirlər Kabineti "Qaçqınkom"un kollegiyasının yeni tərkibini təsdiqləyib

07.07.18 16:15 475
Nazirlər Kabineti "Qaçqınkom"un kollegiyasının yeni tərkibini təsdiqləyib
Nazirlər KabinetiQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibini təsdiqləyib.
APA-nın məlumatına görə, bununla bağlı Baş nazirNovruz Məmmədovmüvafiq qərar imzalayıb. Qərara əsasən,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyası 7 nəfərdən ibarət müəyyənləşdirilib.
Beləliklə, Kollegiyanın sədriQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, kollegiyanın üzvləri Komitə sədrinin müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Komitənin Aparat rəhbəri Etibar Abdullayev, maliyyə-mühasibat şöbəsinin müdiri Tofiq Şamilzadə, məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov və Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov təyin edilib.
banner

Oxşar Xəbərlər