• cümə axşamı, 28 mart, 22:46
  • Baku Bakı 13°C

Nazirlər Kabineti: Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq

15.01.21 15:00 347
Nazirlər Kabineti: Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq
"Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə yoluxmaların sayında artım müşahidə edilirdi”.
APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan artıq pandemiya ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.
"Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq”, - deyə İ. Məmmədov vurğulayıb.
banner

Oxşar Xəbərlər