• cümə, 29 Mart, 13:52
  • Baku Bakı 14°C

Nazirlər Kabineti: Bayıl sürüşmə sahəsindən köçürülən ailələrə kirayə pulu veriləcək

16.02.18 13:50 556
Nazirlər Kabineti: Bayıl sürüşmə sahəsindən köçürülən ailələrə kirayə pulu veriləcək
Bayıl yamacındakı sürüşmə sahəsində yaranan ekstremal vəziyyətlə əlaqədar əhalinin mənafeyi nəzərə alınaraq, baş nazirArtur Rasizadəfevralın 13-də sakinlərə kirayə pulunun verilməsi barədə sərəncam imzalayıb.
Bunu APA-ya açıqlamasındaNazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəriAkif Əlibildirib.
Sərəncama əsasən, ərazidən köçürülən 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqı ödəniləcək.
Kirayə haqqı ərazidən köçürülən hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla ödəniləcək: "Bayıl sürüşmə sahəsində tədqiqatlar başa çatanadək və tədqiqatların nəticələrinə əsasən hökumətin yekun qərarı verilənə qədər ailələrin mənafeyi nəzərə alınaraq, baş nazir belə bir sərəncam imzalayıb. Kirayə haqqı hər bir ailə üçün bank hesabına köçürüləcək. Sərəncamın icrası Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb”.
Qeyd edək ki, "Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.
banner

Oxşar Xəbərlər