• cümə, 29 Mart, 10:32
  • Baku Bakı 5°C

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edib

05.08.17 14:30 1143
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edib
Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edib.
"Report"un məlumatına görə, bununla bağlı qərarı Baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 9.5-ci bəndində "Taksilərin dayanacaq yeri” sözləri "Minik taksilərinin duracaq yeri” sözləri ilə və "edə bilər” sözləri "etməlidir” sözü ilə əvəz edilib. Dəyişikliklərlə sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş "Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə etməlidir.
banner

Oxşar Xəbərlər