• çərşənbə, 24 Aprel, 17:02
  • Baku Bakı 27°C

Nazirlər Azərbaycan prezidentinin qəbulunda - Yenilənib

26.05.14 12:15 1022
Nazirlər Azərbaycan prezidentinin qəbulunda - Yenilənib
Azərbaycan prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı dövlət başçısı Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin yeni formatda keçiriləcək görüşünün önəmini vurğulayıb və bu görüşün nəticələrinin uğurlu olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev xarici işlər nazirləri səviyyəsində keçirilən bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün səmərəli bir format olduğunu qeyd edib.
Ə.Davudoğlu isə ölkələrimizin təşəbbüsü ilə reallaşan Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan arasında yeni əməkdaşlıq formatının əhəmiyyətini önə çəkib.
Ə.Davudoğlu həmçinin Türkiyə prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidentinə çatdırıb.
Prezident İlham Əliyev A.Gülün və R.T. Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib./apa/
X X X
Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
APA-nın məlumatına görə, görüş zamanı dövlət başçısı Azərbaycanla Türkmənistan arasında əlaqələrin qədim tarixi köklərə malik olduğunu və bu gün müstəqil dövlətlər kimi ikitərəfli münasibətlərimizin fəal şəkildə inkişaf etdiyini vurğulayıb.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İkitərəfli əlaqələrin gələcək illərdə də inkişaf etdiriləcəyinə və möhkəmləndiriləcəyinə əminliyini ifadə edən dövlət başçısı bunun üçün qarşılıqlı marağın olduğunu deyib. Münasibətlərimizin hazırkı səviyyəsinin razılıq doğurduğunu bildirən Azərbaycan prezidenti ölkələrimizin qarşılıqlı fəaliyyətinin regional əməkdaşlığın genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Xarici işlər nazirlərinin yeni formatda keçiriləcək ilk görüşünün önəmini vurğulayan dövlət başçısı görüşdə səmərəli müzakirələrin aparılacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev üçtərəfli formatda keçirilən bu cür tədbirlərin regional əməkdaşlıqla yanaşı, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb.
R.Meredov isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun salamlarını və ən xoş arzularını Azərbaycan prezidentinə çatdırıb. O, Q.Berdıməhəmmədovun Azərbaycanla əlaqələrin iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə genişləndirilməsinə böyük önəm verdiyini deyib. Azərbaycana səfərinin Respublika Günü ərəfəsinə təsadüf etdiyini vurğulayan nazir Türkmənistan prezidentinin bu əlamətdar bayram münasibətilə ən səmimi təbriklərinin, ölkəmizin və Azərbaycan xalqının həyatında mühüm rol oynayan bu böyük günlə əlaqədar ən xoş arzularının ifadə olunduğu məktubu Azərbaycan prezidentinə təqdim edib.
Prezident İ.Əliyev isə türkmənistanlı həmkarı Q.Berdıməhəmmədovun təbrikinə və salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistanın dövlət başçısına çatdırmağı xahiş edib.
X X X
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə daxili işlər naziri Efkan Alanı qəbul edib.
APA-nın məlumatına görə, E.Alanı Türkiyə daxili işlər naziri təyin olunması münasibətilə təbrik edən dövlət başçısı ölkələrimizin daxili işlər nazirlikləri arasında mövcud sıx əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Ölkələrimizin dövlət və hökumət başçılarının, nazirlərin ilk xarici səfərinin qardaş ölkələrə etməsinin artıq bir ənənə halı aldığını vurğulayan Azərbaycan prezidenti E.Alanın Türkiyə daxili işlər naziri kimi Azərbaycana ilk səfərinin önəmini qeyd edib və səfərin əməkdaşlığımızın inkişafı ilə bağlı səmərəli müzakirələr aparılması üçün yaxşı fürsət yaratdığını deyib.
E.Ala isə nazir kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırıb. Türkiyənin daxili işlər naziri Soma kömür mədənində kütləvi insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar Azərbaycan xalqının, şəxsən prezident İlham Əliyevin Türkiyə xalqının dərdinə şərik çıxmasına görə minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər