• cümə, 26 Aprel, 20:09
  • Baku Bakı 22°C

Nazirin sabiq müşaviri külli miqdarda qızıl-zinət əşyalarını necə əldə etdiyini açıqlayıb

01.12.16 16:01 1058
Nazirin sabiq müşaviri külli miqdarda qızıl-zinət əşyalarını necə əldə etdiyini açıqlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə vəkil və hakim zərərçəkmiş Çingiz Baxşıyevdən külli miqdarda qızıl əşyalarını hansı yolla əldə etdiyini soruşub.
Ç. Baxşıyev qızılların çoxunun ona atasından qaldığını, bir hissəsini isə özü aldığını deyib: "1971-ci ildən Qırğızıstanda avtobazada baş mühəndis, sonradan müdir vəzifəsində çalışmışam. Daha sonra mən orda dəri zavodunun rəhbəri oldum. SSRİ dağılandan sonra 11 il Almaniyada işlədim. Bu qızılların əksəriyyəti atamdan qalıb. Özümün də, atamın da mülkiyyəti vardı. Qızıl əşyaların əksəriyyəti Qırğızıstandan gəlib. Atam da rəhbər vəzifələrdə işləyib".
O qeyd edib ki, 2003-cü ildən Nəqliyyat Departamentinin rəisi işləyib, 2014-cü ildən nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olub, lakin sonradan təqaüdə çıxıb.
Sonra Ç. Baxşıyev prokuror və vəkilin suallarını cavablandırıb.
Məhkəmə prosesi davam edir.
Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
banner

Oxşar Xəbərlər