AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazirdən xarici həkimlərin televiziyalarda reklamına etiraz

Nazirdən xarici həkimlərin televiziyalarda reklamına etiraz

Təfsilat
07 Mart 2013, 14:41 1595
Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında nazir Oqtay Şirəliyev çıxışı zamanı Azərbaycanda televiziya kanallarında, bilbordlarda xaricdən gələn həkimlərin reklamlarının yayımlanması məsələsinə toxunub.

Lent.az-ın məlumatına görə, bununla bağlı narahatçılığını bildirən səhiyyə naziri öz ölkəsində uğur qazana bilməyən bəzi xarici “mütəxəssisləri” müxtəlif reklam tryukları vasitəsilə təbliğ edən onların guya hər dərdə çarə etdiklərini deyərək cəmiyyəti aldadan belə reklamların dayandırılacağını deyib. “Hesab edirəm ki, bu məsələ ilə bağlı da qanun olmalıdır”.

O. Şirəliyevin sözlərinə görə, ancaq bu halda müxtəlif ölkələrdən gələn həkimlərin insanlarımızın aldatmasının qarşısını ala bilərik.