Nazirdən nikbin proqnoz

Nazirdən nikbin proqnoz

İqtisadiyyat
29 Oktyabr 2012, 13:51 1535
Əməkhaqqlarının, pensiyaların artırılması və digər sosial proqramlar son illərin dövlət büdcəsinin səciyyəvi hissəsidir. Bu barədə jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

"Hesab edirəm ki, gələn illərdə də bu tendensiya davam edəcək", - Şərifov bildirib.

Nazirin sözlərinə görə, 2013-cü il üçün dövlət büdcəsinin layihəsi hazırdır və ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib.

Nazir onu da bildirib ki, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin əmanətçilərinə birdəfəlik fərdi əmanətlərin verilməsi prosesi qrafiki qabaqlayır.

"Poses hətta bizim gözlədiyimizdən də böyük sürətlə gedir ki, bu da işlərin yaxşı təşkil olunduğunu göstərir. Əlbəttə ki, mövcud prosesdə yerlərdə bu işləri icra edən işçilər, müvəkkil "Kapital Bank"ın əməkdaşları və digərləri tərəfindən müəyyən nöqsanlar ola bilər. Lakin biz nöqsanların kütləvi olması barədə danışa bilmərik, nöqsanlar cüzi xarakter daşıyır" , - Şərifov vurğulayıb.

Nazirin fikrincə, bu proses uğurla həyata keçirilir.