• cümə axşamı, 28 mart, 23:53
  • Baku Bakı 13°C

Nazir: "Zavodlarımız istehsal gücünün yalnız 30%-dən istifadə edir"

25.04.17 13:45 1082
Nazir: "Zavodlarımız istehsal gücünün yalnız 30%-dən istifadə edir"
Azərbaycanda illik xam neft istehlakı 6,5 mln. ton səviyyəsindədir və bu rəqəm uzun illərdir stabil olaraq qalmaqdadır. "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda çıxışı zamanı energetika naziriNatiq Əliyevdeyib.
Nazirin sözlərinə görə, ölkə ərazisində fəaliyyət göstərən neft emalı müəssisələri, ölkənin xam neftlə təchizatı və neft məhsullarının istehsalı SOCAR-ın inhisarındadır: "Azərbaycanda fəaliyyət göstərən neft emalı zavodlarının ilkin emal üzrə ümumi illik istehsal gücü 18 mln. ton təşkil edir. Lakin istehsal gücünün yalnız 30%-i istifadə olunur. Zavodlar hələ SSRİ dövründə tikilib və istismara verilib. Müstəqil dönəmində həmin zavodlarda cüzi yenidənqurma işləri aparılıb. Burada neftin dərin emalını həyata keçirmək mümkün olsa da, zavodlarda nisbətən sadə texnologiyalardan istifadə olunur. Son zamanlar istilik elektrik stansiyalarında mazuta olan tələbatın azalması əlvan neft məhsullarına, xüsusilə avtomobil yanacağına tələbatın artmasına səbəb olub. Hazırda ölkədə 1 mln. ədəddən çox avtomobil var. Nisbətən yeni avtomobillər daha qənaətcil olsa da, benzin, xüsusilə yüksəkoktanlı növlərin istehlakı ciddi artıb. Bunu nəzərə alaraq, hökumət yanacaq-energetika kompleksinin yenilənməsi ilə bağlı ciddi tədbirlər görür. Neft emalı müəssisələrində aparılan yenidənqurma işləri nəticəsində daxili bazarda artan tələbatı ödəmək mümkün olacaq".
banner

Oxşar Xəbərlər