• cümə axşamı, 25 aprel, 19:11
  • Baku Bakı 21°C

Nazir: "Vizanın 3 saata verilməsi bütün maneələri aradan qaldırdı"

02.02.18 13:20 709
Nazir: "Vizanın 3 saata verilməsi bütün maneələri aradan qaldırdı"
"Prezidentİlham Əliyevin beynəlxalqhavalimanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında verdiyi fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır".

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayevdeyib. Nazir bildirib ki, Azərbaycanda "ASAN Viza" sisteminin tətbiqi ilə əlaqədar son zamanlar ölkəyə gələn qonaqların sayında xeyli artım var: "Vizanın üç saat müddətində verilməsi demək olar, bütün maneələri aradan qaldırdı. Hesab edirik ki, prezidentinhavalimanlarında, sərhədlərdə məhz "ASAN Viza" sisteminin tətbiq edilməsi ilə bağlı verdiyi qərar bu prosesin daha mütəşəkkil, şəffaf həyata keçirilməsinə, qonaqların gəlişinin asanlaşdırılmasına yönəlib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla tədris ocaqlarının məzunlarının da bu işə cəlb olunması məsələsini müzakirə etdik və bu, gündəlikdədir".

Qeyd edək ki, prezidentİlham ƏliyevAzərbaycan Respublikasının beynəlxalqhavalimanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının qanunlarında, prezidentin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalqhavalimanlarında viza verilməsi "ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalqhavalimanlarında vizaların "ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin "ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etməlidir.
banner

Oxşar Xəbərlər