• cümə axşamı, 18 aprel, 07:14
  • Baku Bakı 12°C

Nazir: Türkiyədən pomidor almayacağıq

07.08.17 15:50 1033
Nazir: Türkiyədən pomidor almayacağıq
Rusiya Türkiyədən pomidor idxal etməyə hazır deyil və gələcəkdə də bunu etmək niyyəti yoxdur.
Trend-in məlumatına görə, bunu Rusiya televiziyasına müsahibəsi zamanı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov deyib.
Onun sözlərinə görə, Türkiyədən idxal dayandırıldıqdan sonra Rusiya bazarının pomidor və digər tərəvəzlərlə təmin olunması üçün yerli biznes təşviq edilib. Nazir əlavə edib: "Bu prosesdən geri qayıtmaq yerli istehsalçılara qarşı ədalətsizlik olardı”.
Qeyd edək ki, Rusiya və Türkiyə arasında Türkiyə pomidorlarının Rusiyaya məhdud tədarükü üzrə danışıqlar avqustun 18-ə planlaşdırılıb.
banner

Oxşar Xəbərlər