• cümə, 19 Aprel, 11:29
  • Baku Bakı 13°C

Nazir: "Turizm sahəsində problemli, axsayan yerlərimiz var”

27.09.17 12:50 1217
Nazir: "Turizm sahəsində problemli, axsayan yerlərimiz var”
"Turizm sahəsində bizim problemli, axsayan yerlərimiz var. Heç kim deyə bilməz ki, hər şey idealdır".
APA-nın məlumatına görə, mədəniyyət və turizm naziriƏbülfəs Qarayevdeyib.
O qeyd edib ki, çəkilən əziyyətlərə baxmayaraq, yay-çimərlik sahəsində xidmətlərin artırılmasında istənilən nəticələrə nail olmaq mümkün olmayıb: "Müəyyən yerlərdə alındı, müəyyən yerlərdə baş tutmadı. Son nəticədə biz nümunəvi çimərliklərin yaradılmasına, beynəlxalq təşkilat tərəfindən qəbul olunacaq nəticələrə gəlib çıxa bilmədik. Amma proses gedir və yerli icra hakimiyyətləri də bununla məşğuldur. İnanıram ki, gələn il bu sahədə inkişaf böyük olacaq. Amma insanların sayının çox olmasına baxmayaraq, faciəvi hadisələr çox olmadı".
banner

Oxşar Xəbərlər