AZE | RUS | ENG |


Nazir: “Ticarət festivalları turist axınını 30 faiz artırır”

Nazir: “Ticarət festivalları turist axınını 30 faiz artırır”
"Böyük ölkələr ticarət festivalı ənənəsini yaradıb və bu festivallar turist axınına səbəb olub. Festivallarda turistlər nəinki alış-veriş edir, eyni zamanda ölkənin tarixi abidələri, mədəniyyəti ilə tanış olurlar”. 
   
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev deyib.
 
Nazir bildirib ki, ticarət festivalı Qafqazda və Orta Asiyada ilk təcrübədir: "Hər ölkənin özünəməxsus xüsusiyyəti olmalıdır. Dünyada ticarət fəaliyyəti turizm bazarında 2-4-cü yerləri tutur. Ticarət festivalları turist axınını 30 faiz artırır. Festivalın məqsədi nəinki turistlərin axınını təşkil etməkdən ibarətdir, eyni zamanda daxili turizmi inkişaf etdirəcək. Festival zamanı "Tax-free” tətbiq olunacaq. Bu təcrübə heç bir yerdə yoxdur. İlk dəfə Azərbaycanda olacaq. Azərbaycanda tətbiq olunacaq ilk təcrübə gözləyirik ki, bu addım yaxşı nəticə verəcək”. 
 
Ə. Qarayev qeyd edib ki, ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. Onun sözlərinə görə, festival yüngül sənaye məhsulları üçün nəzərdə tutulub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7045
GBP 1 İngilis funt sterlinqi 2.1441
TRY 1 Türk lirəsi 0.4726
KWD 1 Küveyt dinarı 5.6574
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.8536
CHF 1 İsveçrə frankı 1.7284
USD 1 ABŞ dolları 1.7238