• cümə, 29 Mart, 05:35
  • Baku Bakı 7°C

Nazir: "TAP Xorvatiyanı regional enerji mərkəzinə çevirəcək"

13.04.17 15:10 1043
Nazir: "TAP Xorvatiyanı regional enerji mərkəzinə çevirəcək"
"Xorvatiya birbaşa olaraqTANAPvə TAP qaz kəmərləri layihəsinin reallaşdırılmasında iştirak etmir, ancaq biz bu layihəyə İon-Adriatik boru kəməri (İAP) vasitəsilə qoşulmaqda maraqlıyıq". "APA-Economics" xəbər verir ki, bunu Xorvatiyanın energetika və ətraf mühitin müdafiəsi naziri Slaven Dobroviç "Caspian Energy" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Xorvatiya təbii qaz mənbələrinin diversifikasiyasında maraqlıdır və bu layihəyə marağın səbəbi də məhz bundan qaynaqlanır: "Bilirsiniz ki, Cənub-Şərqi Avropa ölkələrində bir tədarükçünün dominantlığı mövcuddur. Biz bu səbəbdən dəfələrlə problemlə üzləşmişik. Bu səbəbdən biz Adriatik dənizdəki Krk adasında üzən sıxılmış təbii qaz terminalının tikintisinə başlayırıq. Bu layihə təkcə Xorvatiyanın deyil, həmçinin bütün regionun maraqlarına cavab verir. Biz İAP layihəsinin prioritet layihələr siyahısına daxil olduğu ilə bağlı bildirişi gözləyirik. TAP və İAP Albaniyanın Adriatik dənizinin yaxınlığında yerləşən Fieri şəhərində birləşməlidir. İAP hələlik işlənmə mərhələsindədir.TANAPlayihəsinin təxminən 60%-i, TAP-ın isə təxminən 30%-i həyata keçirilib".
Nazir vurğulayıb ki, Xorvatiyanın TAP-a qoşulması bu ölkəni regional enerji mərkəzinə çevirəcək.
TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb.TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq.TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).
TANAPTürkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək.TANAPlayihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.
2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.
Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.
TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
banner

Oxşar Xəbərlər