AZE | RUS | ENG |

Nazir: Sponsorluqla bağlı qanunvericilik bazası yaradılsın...

Nazir: Sponsorluqla bağlı qanunvericilik bazası yaradılsın...
Bu gün mədəniyyət sahəsinə ayırmaların edilməsi, ianələrin verilməsi, sponsorluq qanunvericilik çərçivəsində həll olunmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir təklif edib ki, mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericilik bazası yaradılsın: "Hazırda mədəniyyətin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha səmərəli xərclənməsi və strukturun formalaşdırılmasında çox qətiyyətli addımlar atılıb”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6306
GBP 1 1 İngiltərə funt sterlinqi 2.209
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.675
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2915