• cümə axşamı, 28 mart, 14:58
  • Baku Bakı 16°C

Nazir: “Son 15 ildə ölkədə 1,9 milyon yeni iş yeri yaradılıb”

16.04.18 12:10 902
Nazir: “Son 15 ildə ölkədə 1,9 milyon yeni iş yeri yaradılıb”
2003-2017-ci illərdə ölkə iqtisadiyyatında 3,2 dəfə, iqtisadi şaxələndirmə siyasəti hesabına dayanıqlı iqtisadi artım üçün əsas yaradan qeyri-neft sektorunda 2,8 dəfə, qeyri-neft ixracında 4,1 dəfə, sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım müşahidə olunub, ildən-ilə möhkəmlənən ictimai-siyasi sabitlik, əlverişli biznes mühiti respublika iqtisadiyyatına 231 mlrd. dollar sərmayə qoyuluşuna imkan verib.
"APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümov"Yeni Azərbaycan Partiyası” qəzetinə müsahibəsi zamanı bildirib.
S.Müslümovun sözlərinə görə, bu dövrdə respublikanın sosial həyatını müasirləşdirən çoxsaylı infrastruktur layihələri icra edilib, o cümlədən 3,1 min məktəb, 642 tibb müəssisəsi tikilmiş və ya təmir edilib, 43 müasir idman kompleksi inşa olunub, 12,3 min kilometr yol çəkilib, 443 körpü inşa edilib, 92 müasir qəsəbə və yaşayış kompleksi salınmaqla, 270 minədək məcburi köçkün müasir şəraitli mənzillərlə təmin edilib.
"Mühüm sosial-iqtisadi infrastruktur layihələrinin, sosial məsələlərin həlli üçün zəruri resurs potensialının maliyyələşdirilməsi şəraitində ölkənin valyuta ehtiyatlarının 23 dəfə artırılaraq 42 milyard dollara çatdırılması təmin edilib. 2003-2017-ci illərdə ölkədə 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yerlərinin yaradılmasına imkan verib. Qeyd olunan dövrdə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə, əmək ödənişlərindən gəlirləri isə 7,5 dəfə artıb, sosial sahədə dövlətin balanslaşdırılmış iştirak səviyyəsini tənzimləmək məqsədilə sosial xərclərin optimal həddi gözlənilməklə sosial müdafiə və təminat üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin həcmində 10,3 dəfə artım qeydə alınıb”, - deyə nazir vurğualyıb.
banner

Oxşar Xəbərlər