• cümə, 29 Mart, 14:48
  • Baku Bakı 14°C

Nazir: “Şərq tərəfdaşlığı” proqramı hələ tam icra olunmayıb

04.04.19 15:37 547
Nazir: “Şərq tərəfdaşlığı” proqramı hələ tam icra olunmayıb
"Şərq tərəfdaşlığı” proqramı hələlik 100 faiz icra olunmayıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, inkişaf üçün imkanlar var:
"Şərq tərəfdaşlığı” çərçivəsində Aİ və onun üzv dövlətləri, eləcə də proqramın üzv dövlətləri üçün çoxlu imkanlar var”.
E.Məmmədyarov qeyd edib ki, "Cənub Qaz Dəhlizi” layihəsinin 2020-ci ildə işə düşməsi ilə qaz Xəzər dənizinin Azərbaycan sektorundan İtaliya bazarlarına tədarük olunacaq və bu, tamamilə yeni imkanlar açacaq:
"Cənub Qaz Dəhlizi” həm də digər ölkələrə, xüsusilə də Balkan regionunadək uzadıla bilər”.
Nəqliyyat sahəsində əməkdaşlıqdan danışan nazir vurğulayıb ki, Aİ mövcud nəqliyyat dəhlizlərinin istifadəsində maraqlıdır.
banner

Oxşar Xəbərlər