AZE | RUS | ENG |

Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb

Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov tutduğu vəzifədən azad edilərək DİN-in Əlahiddə Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, məlum təyinatla bağlı ilk xəbəri "unikal.org" saytı yayıb.
Xatırladaq ki, S. Bağırov Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini təyin olunmazdan əvvəl də Əlahiddə Çevik Polis Alayının komandiri olub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966