• şənbə, 27 Aprel, 02:49
  • Baku Bakı 14°C

Nazir Samir Şərifov Vaşinqtona səfər edəcək

06.10.16 11:51 949
Nazir Samir Şərifov Vaşinqtona səfər edəcək
ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun illik toplantısı keçiriləcək.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, toplantıda maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağırışlarla bağlı müzakirələr aparılacaq.
banner

Oxşar Xəbərlər