• cümə axşamı, 28 mart, 17:16
  • Baku Bakı 16°C

Nazir: Rusiya Azərbaycanla birgə müəssisələrin yaradılmasını prioritet hesab edir

04.04.19 13:15 447
Nazir: Rusiya Azərbaycanla birgə müəssisələrin yaradılmasını prioritet hesab edir
Rusiya sənaye sektorunda birgə müəssisələrin yaradılmasını Azərbaycanla əməkdaşlıqda prioritetlərdən biri hesab edir.
Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Rusiyanın sənaye və ticarət naziri Denis Manturov RF sənaye müəssisələrinin Azərbaycana işgüzar missiyasına həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, hazırda iki ölkə arasında prioritet istiqamətlərdən biri sənaye sektorunda birgə müəssisələrin yaradılmasıdır:
"Rusiya Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır və yaxın gələcəkdə bu sahədə tərəfdaşlığın möhkəmləndiriləcəyinə ümid edir".
D.Manturov vurğulayıb ki, Rusiya şirkətləri ixrac potensialını və Azərbaycanda öz səriştələrini fəal şəkildə artırırlar.
Qeyd edək ki, rusiyalı nazirlə yanaşı, Bakıya iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, İKT, avtomobil istehsalı, kimya sənayesi və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox Rusiya şirkətinin nümayəndələri də gəlib.
banner

Oxşar Xəbərlər