• cümə, 29 Mart, 00:23
  • Baku Bakı 7°C

Nazir: "Qarabağın statusu məsələsini ilk mərhələdə qaldırmaq sülh prosesini öldürmək deməkdir"

01.12.16 13:45 999
Nazir: "Qarabağın statusu məsələsini ilk mərhələdə qaldırmaq sülh prosesini öldürmək deməkdir"
"Son vaxtlar Ermənistan tərəfdən xoşagəlməz bəyanatlar gəlir".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovBosniya və Herseqovinadan olan həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bu bəyanatları izlədiklərini deyib: "Bu bəyanatlar sülh prosesində mənfi rol oynayır. Görüşlərdə danışıqlar bu şəkildə aparılmır. Danışıqların hansı istiqamətində aparılması sirr deyilir. Müzakirə olunan sənəddə də qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Status məsələsi də müzakirə olunur. Lakin əgər ilk mərhələdə statusu qaldırsaq, bu sülh prosesini öldürmək deməkdir. Çünki gərək azərbaycanlı icması Qarabağa qaytarılmalıdır. Onlar da oranın sakinləridirlər".
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə AzərbaycanınDağlıq Qarabağərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın,Kəlbəcər,Ağdam,Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli iləATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlıBMTTəhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədənBMTBaş Assambleyası,AŞPA,ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
banner

Oxşar Xəbərlər