Nazir: “Qarabağın dirçəlişinə dəstək cəmiyyətimizin həyat tərzinə çevrilməlidir”
"Qarabağın dirçəlişinə dəstək cəmiyyətimizin həyat tərzinə çevrilməlidir”.
APA-nın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, bu amal dəyərlər sisteminin tərkibi və ayrılmaz hissəsi olmalıdır: "Qarabağ Dirçəliş Fondu fəaliyyətini bu istiqamətdə quracaq”.