• çərşənbə axşamı, 23 aprel, 21:10
  • Baku Bakı 20°C

Nazir Qarabağ əlillərinə və veteranlarına söz verdi

20.01.14 09:36 1398
Nazir Qarabağ əlillərinə və veteranlarına söz verdi
“Müharibə veteranları və əlillərlə bağlı dövlət proqramının icrası daim həyata keçirilir. Bura onların avtomobillərlə təmin olunması və sair daxildir. Bu məsələ bütün dövlət proqramlarından nəzərdə tutulub.
Bu işlər davam edəcək”.
APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
Nazir Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşdüyünü, onların təkliflərini dinlədiyini də açıqlayıb: “Onların fikirləri, irəli sürdükləri təkliflər gələcəkdə nəzərə alınacaq”.
banner

Oxşar Xəbərlər